Metroda maskaya görə insident törədənlərin məhkəməsi başlayır

ÖLKƏ
10:28 / 22.09.2020
921

Bakı Metropolitenində polisin qanuni əmrinə tabe olmayan şəxslərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Nizami Rayon Məhkəməsinə göndərilən cinayət işi hakim Nəriman Mehdiyevin icraatındadır.

Qeyd edək ki, hadisə iyunun 4-də baş verib.

İttihama görə, Bakı şəhər sakinləri Tatyana Ulankina, Ramin Baxışov, Allahverdi İmanquliyev, Şirzad Şirzadov, Taleh Baxşıyev və Sərvan Kərimov Bakı Metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar. Həmin şəxslər polislərə müqavimət göstərməyə cəhd edərək ictimai yerdə xuliqanlıq hərəkətlərinə yol veriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 221-ci (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Təqsirləndirilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. /Report

0