Bakıda 4 sinifdə koronavirus tapıldı - Distant təhsilə keçildi

ÖLKƏ
10:42 / 22.09.2020
1084

Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti distant formaya keçirilib.

HİT.Az-a bu barədə Təhsil Nazirliyindən açıqlama verilib.

Bildirilib ki, ötən günlər ərzində şagirdlər arasında məktəbdaxili yoluxma halına rast gəlinməyib.

Qeydə alınmış yoluxmaların ailədaxili şəraitdə baş verməsi müəyyən edilib.

0