İki həftə sonra yenidən məktəblərin fəaliyyəti məhdudlaşdırılacaq - İDDİA

ÖLKƏ
11:53 / 22.09.2020
1489

"İki həftədən sonra yenidən tədris müəssisələrini fəaliyyəti məhdudlaşdırılacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib.
 
O bildirib ki, hazırda məktəblərdə monitorinqlər aparırıq və görünən vəziyyət ürəkaçan deyil:

"Məktəbləri gəzirik, monitorinqlər aparırıq. Vəziyyət daha pis ola bilər. Məktəblərin qarşısında gördüyümüz mənzərə heç də ürəkaçan deyil. Belə halların baş verəcəyini gözləyirdik. Şagirdlər məktəbə daxil olan zaman onlar qorunurlar. Amma hər şey məktəbin qarşısında baş verir. Apardığımız monitorinqlər göstərir ki, məkrəblərin qarşısında heç bir təhlükəsizlik tədbirı görülməyib. Biz Bakı şəhərində Xətai, Nəsimi, Yasamal rayonlarında məktəblərdə olduq, onların qarşısında xüsusi işarələnmiş yerlər, valideynlər arasında 10 sm-lik məsafə belə yoxdur. Üstəlik uşaqlar da yanlarında”.

Kamran Əsədov bildirib ki, uşaqları məktəbdən götürməyə gələnlər arasında xüsusi risk qrupuna aid insanlar da var:

"Heç biri də qoruyucu maskadan istifadə etmir. Buna görə virusa yoluxma halları çoxalacaq. Bu gedişlə iki həftədən sonra tədris müəssisələrinin fəaliyyəti məhdudlaşdırılacaq”.

Qeyd edək ki, Bakıda müəllim və şagirdlər arasında koronavirus aşkarlanıb. Buna görə, 4 sinfin fəaliyyəti distant formaya keçirilib.

1