Nazirliyin bir neçə əməkdaşı işdən çıxarıldı - Yenidən imtahan verəcəklər

19:14 / 23.09.2020
1512

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyi Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon Şöbəsində bəzi yerdəyişmələr edib.

KONKRET.az-ın əldə etdiyi məlumata əsasən aparılan yerdəyişmələr çərçivəsində DSMF-nin Nizami rayon Şöbəsinin bir neçə əməkdaşı Kəpəz rayonuna göndərilib.

Həmçinin, bəzi işçilər DMSF-nin Kəpəz rayon şöbəsindən Nizami rayonuna təyinat alıb.

Ən diqqət çəkən məqamlardan biri budur ki, təyin etmə zamanı da müəyyən yerdəyişmələr olub. Belə ki, vaxtı ilə pensiya təyinatı sektorunda, ünvanlı sosial yardımların və sığorta təyinatı sektorunda çalışanlar fəqli vəzifələrdə işlə təmin ediliblər. Hətta bəzi işçilər ştatdan kənarlaşdırılıb. Onlar 3 ay ərzində yenidən imtahan verəcəklər. Ştatdan kənar işçilər əsasən orta ixtisas təhsili olan şəxslərdir.

Məlumat üçün bildirək ki, bir müddət öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən DSMF-nin Kəpəz rayon Şöbəsinin bir neçə sabiq əməkdaşı barəsində cinayət işi açılıb. Onlar arasında həbs olunanlar var.

0