Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi - Yeni TƏYİNAT

ÖLKƏ
16:23 / 23.09.2020
1621

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

HİT.Az Unikal.org-a istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Canəli Nuriyev Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) İstintaq Bölməsinin rəisi vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə, o, Səbail rayon Polis İdarəsinin Tədqiqat şöbəsinin rəisi vəzifəsinə təyin olunub. 

0