Ermənistanda Polad Həşimovun adına rayon olmasıyla bağlı AÇIQLAMA

ÖLKƏ
13:58 / 24.09.2020
1830

Ermənistanda "Google maps"də şəhid generalımız Polad Həşimovun adına rayon qeyd olunub.
Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat xidmətindən “MediaPost”un sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılacaq:

"Azərbaycan rayonlarının adlarının “Google maps” elektron xəritəsində Azərbaycan dili ilə yanaşı, erməni dilində göstərilməsi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eləcə də XİN tərəfindən dəfələrlə "Google" şirkətinin mərkəzi ofisinə müraciətlər göndərilib və rəsmi diplomatik kanallarla birgə məsələ şirkət qarşısında qaldırılıb. Şirkətdən verilən cavab isə ondan ibarət olub ki, “google maps” istifadəçilərin fərdi yaradıcılıq prinsipi əsasında fəaliyyət göstərir.

Bu halda vətəndaşlarımız fəal şəkildə adıçəkilən elektron xəritədə bu kimi neqativ halların qarşısını almaq üçün öz səylərini əsirgəməməlidirlər.

Qeyd olunan bu faktla, yəni generalımızın adına guya Ermənistanda rayon olmasının “google maps”da qeydi ilə bağlı məsələ araşdırılacaq və bununla bağlı Google şirkətinə növbəti müraciət ünvanlanacaq”.

Xatırladaq ki, bu barədə ilk məlumatı axar.az yayıb. 

0