Bu günə kimi Biləsuvar rayonunda koronavirusa qarşı 5974 nəfərdən test götürülüb.
HİT.Az Trend-ə istinadla xəbər verir ki, bunu Biləsuvar rayon İcra Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşovaya deyib.
Onun sözlərinə görə, həmin şəxslərdən 324 yoluxma faktı qeydə alınıb:
“Biləsuvar rayonunda Koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə məqsədilə 5974 nəfərdə test aparılıb. Onlardan 324-i yoluxub, 265 sağalıb, 11 nəfər isə dünyasını dəyişib. Hazırda aktiv xəstə sayı 48 nəfərərdir”.