Azərbaycanlı sabiq nazir müavininə Rusiyada yüksək vəzifə verildi

ÖLKƏ
14:52 / 20.05.2020
1517
Azər Talıbov Rusiya İqtisadi İnkişaf nazirinin müavini vəzifəsindən azad edilib.

HİT,Az-ın xəbərinə görə, Trend bildirir ki, bu barədə ölkənin Baş naziri Mixail Mişustin müvafiq sərəncam imzalayıb.

Qeyd olunur ki, A.Talıbov öz xahişi ilə azad olunub.

Rusiyanın Baş naziri Mixail Mişustinin İqtisadi İnkişaf nazirinin müavini vəzifəsindən azad etdiyi Azər Talıbova artıq yeni vəzifə də verilib.

Qaynarinfo-nun məlumatına görə, Azər Talıbov Rusiya İxrac Mərkəzinin strukturuna daxil olan "Roseksimbank"a başçılıq edəcək.

Qeyd edək ki, A.Talıbov 1979-cu il fevralın 10-da Moskvada anadan olub. 2002-ci ildə Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun magistraturasını bitirib. 2002-ci ilin noyabrından 2008-ci ilin iyun ayına qədər İqtisadi İnkişaf və Ticarət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2008-ci ilin iyunundan 2012-ci ilin iyun ayınadək İqtisadi İnkişaf nazirinin köməkçisi vəzifəsində işləyib. 2012-ci ilin iyun ayında Rusiya Federasiyası Prezidentinin köməkçisinin aparat rəhbəri vəzifəsinə keçib və 2013-cü ilin iyul ayına qədər bu vəzifədə çalışıb. Ardından "Rusiya Bankı" sədrinin katibliyinin müdiri təyin edilib.

A.Talıbov 2017-ci ilin yanvar ayından nazir müavini vəzifəsində çalışırdı.
0