Baş Prokurorluq Nərimanov rayonunda törədilən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Qurumdan daxil olunan məlumatda bildirilir ki, öldürülən şəxsin Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynı olması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir:
"Bəzi kütləvi informasiya vasitələrində guya Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynının qəsdən öldürülməsi ilə bağlı məlumatlar yayılıb. Tərəfimizdən həmin məlumatlar təkzib olunaraq bildirilir ki, qeyd olunan informasiya həqiqəti əks etdirmir. İstintaqın gedişatı və nəticəsi barədə ətraflı məlumatın verilməsi təmin olunacaq. Kütləvi informasiya vasitələrindən dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş olunur".
Qeyd edək ki, öldürülən şəxsin Y.İldırımzadənin qaynı olması ilə bağlı xəbəri APA yaymışdı.