Bakı-Qazax magistralında səfirlik avtomobili qəza törətdi - Xəsarət alan var

ÖLKƏ
12:52 / 25.09.2020
833

Bakı-Qazax magistralının Hacıqabul rayonundan keçən hissəsində 2 avtomobil toqquşub.

Magistralın 83-cü kilometrliyində Gürcüstan Respublikasının səfirliyinə məxsus olan D018 030 dövlət qeydiyyat nişanlı "Mercedes" BMW markalı digər minik avtomobilinə çırpılıb. Nəticədə 1 nəfər xəsarət alıb və xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

0
Publika.az