TƏBİB-də yeni təyinatlar - STRUKTUR DƏYİŞDİ

ÖLKƏ
13:45 / 25.09.2020
957

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) struktur dəyişikliyi aparılıb.

TƏBİB-dən verilən xəbərə görə, dəyişikliyə əsasən, TƏBİB-də mətbuat xidməti vəzifəsi ləğv olunub. Bundan sonra göndərilən sorğular İctimaiyyətlə əlaqələr şöbəsinin daxilində cavablandırılacaq. 

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva qurumun Vətəndaş müraciətləri ilə iş şöbəsinə müdir təyin edilib. 

Binəqədi İcra hakimiyyəti başçısının sabiq müavini Aygün Əliyeva isə TƏBİB-in Sənədlər və vətəndaş müraciətləri ilə iş departamentinin müdiri təyin olunub. 

0