“Ekologiya və Təbii Sərvətlər Nazirliyində bu günə qədər 26 nəfər kronavirusa yoluxub”.
APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli qurumun "Facebook" səhifəsində yayımlanan “Ekspert saatı” verilişində deyib.
O bildirib ki, onların hamısı xəstəxanada və ev şəraitində müalicəsini bitirib: “Koronavirusa yoluxanlardan bir nəfər isə dünyasını dəyişib”.