Azərbaycanda bayram namazı internet üzərindən qılınacaq - RƏSMİ

ÖLKƏ
16:39 / 20.05.2020
1043

Azərbaycanda bayram namazları karantin rejiminə uyğun qılınacaq. Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun addım atılacaq.
 
HİT.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.


M.Qurbanlı bildirib ki, əgər həmin vaxt koronavirus təhlükəsi davam edəcəksə, bayram namazı şəraitə uyğun həyata keçiriləcək: “Hazırkı mövqe ondan ibarətdir ki, virus təhlükəsi davam edəcəyi təqdirdə bayram namazı internet üzərindən icra olunacaq”.


Komitə rəsmisi, həmçinin qeyd edib ki, Ramazan ayı ərzində kütləvi iftar süfrəsi haqda məlumat daxil olmayıb: “Bilirsiniz, imamlar internet üzərindən moizələrində insanlara çağırış edirlər ki, iftar mərasiminizi öz evinizdə ailənizlə birgə keçirin”.

0