Bakı-Sumqayıt xəttinə əlavə qatar buraxıldı - Yeni qrafik 

17:10 / 20.05.2020
876
Nazirlər Kabineti Yanında Operativ Qərargahın qərarına əsasən, ölkəmizdə xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir qisminin mayın 18-dən etibarən yumşaldılması ilə əlaqədar sərnişinlərin sayının artması müşahidə olunur.

Azərbaycan Dəmir Yolları QSC-dən HİT.Az-a verilən məlumata görə Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara tələbatı nəzərə alaraq, mayın 20-dən xəttə əlavə qatar buraxılıb:
 
"Bununla əlaqədar Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilib".
0