Dövlət Sərhəd Xidmətinin rəsmi "Youtube" kanalında müğənnilər Nərmin Kərimbəyova və Ceyhun Zeynallının "Atəş" adlı klipi paylaşılıb.
Qarabağ mövzusuna həsr edilən klipdə hərbçilərimiz yer alıb.
Sözügedən ekran işində həmçinin insanlara hərbi mövzuda ruhlandırıcı mesajlar da yer alıb.
Klipin rejissoru isə DSX-nin əməkdaşı, Əməkdar jurnalist Rövşən Cahangirovdur.