Müdafiə Nazirliyinin saytında texniki problem yarandı

ÖLKƏ
18:22 / 27.09.2020
719

Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatları ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytına müraciətlərin çoxluğu səbəbindən bir sıra texniki problemlər yaşanır.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı HİT.Az-a açıqlamasında deyib.

Polkovnik Vaqif Dərgahlı bildirib ki, buna baxmayaraq mətbuat və ictimaiyyət alternativ internet resursları vasitəsilə operativ qaydada məlumatlandırılır.


0