Azərbaycan bayraqları eyvanlarda, evlərdə və avtomobillərdə…
Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi paytaxt gənclərinə və idmançılara çağırışla çıxış edib.
HİT.Az bildirir ki, Azərbaycan Ordusuna dəstək məqsədi ilə nazirlik hamını "Üçrəngli bayrağımız dalğalansın!" adlı aksiyaya qoşulmağa çağırır. Aksiyaya əsasən, Bakı sakinləri ölkə bayrağını eyvanlarında, şəxsi nəqliyyat vasitələrində və iş yerlərində asa bilərlər.
Azərbaycan gəncləri və idmançıları Ali Baş Komandan İlham Əliyevin tarixi çağırışına qoşulurlar: "Qarabağ Azərbaycana məxsusdur!».