Sərbəst güləş üzrə Azərbaycan milli komandasının heyətində 2012-ci ildə London olimpiadasının qalibi olan Şərif Şərifov və ailəsi koronavirusa yoluxub. Hit.Az xəbər verir ki, bununla bağlı güləşçinin özü məlumat verib.
Hazırda Mahaçqalada olan Şərifov bildirib ki, onunla yanaşı həyat yoldaşı, anası, atası və bacısı da xəstələnib.
Anasının vəziyyəti ağır olduğu üçün bir neçə gün əvvəl xəstaxanaya yerləşidirlib və yalnız dünən evə buraxılıb. Özündə isə yalnız qızdırma və halsızlıq olub. Hazırda özünü yaxşı hiss edir.
Atv.az