Türkiyə öz sərhədlərini Azərbaycan daxil 31 ölkəyə açır

ÖLKƏ
23:29 / 20.05.2020
1802

Türkiyə mayın 20-dən 31 xarici ölkə ilə, o cümlədən Azərbaycanla sərhədlərini açır. Amma ilk mərhələdə yalnız tibbi məqsədlər üçün Türkiyəyə getmək imkanı var, çimərliyə getmək istəyənlər üçün yox.

Hit.Az xəbər verir ki, Azərbaycandan Türkiyəyə getmək üçün bizim ölkə də öz sərhədlərini açmalıdır.

Türkiyə Qazaxıstan, Ukrayna, Azərbaycan, Gürcüstan, Türkmənistan, Özbəkistan, ö cümlədən bəzi Yaxın Şərq və Avropa ölkələri ilə sərhədi açır.

Çimərlik turizmi hələlik turistlər üçün bağlıdır. Amma Türkiyə bəzi tibbi sahələr üzrə - ortopediya, travmatoloqiya, ümumi və uşaq cərrahiyyəsi, oftomologiya, kardiologiya, ürək-damar xəstəlikləri, onkoloqiya, neyroxirurgiya, hematologiya, intensiv və reproduktiv müalicədən keçmək istəyən xarici vətəndaşları qəbul edəcək.

Şərtlər nədir?

Türkiyəyə xarici reyslər yalnız İstanbul və Ankara aeroportlarına olacaq. Pasiyentlərlə birgə iki müşayiətçinin ölkəyə girişinə icazə verilir. Sərnişinlər sərhəddə onlarda koronavirus olmadığını sübut edən arayış təqdim etməlidirlər və ya Türkiyədə olanda ödənişli testdən keçməlidirlər.

Sərnişinlər sərhədi və gömrük nəzarət məntəqəsini keçən kimi dərhal klinikaya getməli və müalicə müddətində yaxın ərazidə qalmalıdırlar.

Türkiyə xəstəxanalarında xarici pasiyentlər üçün xüsusi zona - ya ayrıca mərtəbə və ya binanın bir hissəsi ayırılacaq.

Azərbaycanlılar Türkiyəyə gedə bilirlərmi?

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən BBC News Azərbaycancaya bildirilib ki, ölkənin sərhədlərin bağlanması ilə bağlı qərarı qüvvədədir.

Azərbaycana giriş-çıxış mayın 31-nə qədər bağlı elan edilib.

1