Tərtərdə mərmi yaşayış evinə düşdü, qadın həlak oldu

ÖLKƏ
19:22 / 29.09.2020
695

Ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində daha bir mülki şəxs həyatını itirib.

APA-nın verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin atdığı top mərmisi Tərtər şəhəri, Üzeyir Hacıbəyov küçəsində yaşayış evinə düşüb. 

Nəticədə ev sahibəsi Aynur Mehdiyeva həlak olub.

1