Ağdamda yaşayış evinə top mərmisi düşdü, bir nəfər yaralandı

ÖLKƏ
22:32 / 29.09.2020
650

Ağdamda məcburi köçkün ailəsinin məskunlaşdığı yaşayış evi düşmən atəşinə məruz qalıb.

HİT.Az-ın APA-ya istinadən xəbərinə görə, Ermənistan Silahlı Qüvvələrinin atdığı top mərmisi Baharlı 1 qəsəbəsi 176 nömrəli evə düşüb.

Ev sahibi İsmayıl Həsənov ağır bədən xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

2