"Eurohome" da çalışan sahibkarlar bazarın bağlanması səbəbilə etiraz aksiyası keçiriblər.
Hit.Az "Meydan TV"ə istinadla xəbər verir ki, sahibkarlar bazarın bağlanması ilə külli miqdarda ziyana düşüklərini deyiblər.
Onların sözlərinə görə, "Eurohome"un rəhbərliyi bazar birinci dəfə yananda sahibkarlardan 6 ay müddətində yer haqqı almayacaqlarını söyləyiblər. Bu səbəbdən də hər kəs bazarda yenidən fəaliyyətini bərpə edib: "Əgər bu bazar bağlanacaqdısa bizə niyə ümid verirdilər? Əvvəldən deyərdilər biz də işimizi ona görə qurardıq. İndi bizə deyirlər mallarınızı da götürün bazardan çıxın. Biz indi hara gedək, harda fəaliyyətimizi davam etdirək?".
Qeyd edək ki, bazarın sahibi Azay Möhnətov istintaq səbəbilə bazarın müvəqqəti olaraq işləməyəcəyini açıqlayıb, fəaliyyətinin yenidən bərpa olunacağı barədə isə heç bir məlumat verilməyib.