Prezidentdən Rüstəm Usubovla bağlı daha bir sərəncam

ÖLKƏ
16:43 / 21.05.2020
1905
Prezident İlham Əliyev Rüstəm Usubovla bağlı daha bir sərəncam verib.
 
HİT.Az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı prokurorluq işçilərinə “Əməkdar hüquqşünas” fəxri adı verilib:
 
Usubov Rüstəm Sabir oğluna
Əsgərov Namiq Əli oğluna.

Qeyd edək ki, Baş Prokurorun birinci müavini Rüstəm Usubov və müavini Namiq Əsgərov bu gün tutduqları vəzifədən azad ediliblər.
1