Ermənistan silahlı qüvvələri Azərbaycanın dinc əhalisini hədəfə almaqda davam edir.
Bu barədə "Report" xəbər verir.
Sentyabrın 30-u günorta saatlarında düşmən Bərdə rayonunun Xanərəb kəndini də artilleriya atəşinə tutub.
Düşmənin atdığı 3 top mərmisindən 1-i kənd sakini Adışirin Məmmədovun həyətyanı sahəsinə düşüb. Nəticədə 2 inək tələf olub, 1-i yaralanıb. Həmçinin ev quşları da tələf olub.