Rusiyada azərbaycanlı iş adamının yanmış cəsədi tapıldı

ÖLKƏ
18:14 / 22.05.2020
1066

Rusiyada 50 yaşlı Azərbaycan vətəndaşının cəsədi tapılıb.

Rusiya KİV-i xəbər verir ki, Moskva yaxınlığındakı Lubertsı şəhərində meyvə-tərəvəz ticarəti ilə məşğul olan azərbaycanlının yanmış cəsədi küçədə tapılıb. Pandemiya fonunda mağazaların zərərlə işləməsindən gileylənmiş iş adamının cəsədi ölüm səbəbini müəyyən etmək üçün məhkəmə-tibb ekspertizasına göndərilib.

Moskvada taksi xidməti ilə məşğul olan qardaşı isə onun sağlamlığından şikayətçi olmadığını söyləyib.

0
Modern.az