"Huner Group"dan Silahlı Qüvvələrə böyük yardım

ÖLKƏ
10:00 / 01.10.2020
1528

27 sentyabrdan etibarən öz ərazi bütövlüyü uğrunda haqlı mübarizəsinə başlayan Azərbaycan cəbhə istiqamətində uğurlu nəticələr əldə etməkdədir. Cənab prezidentimizin də dəfələrlə səsləndirdiyi kimi bu, bizim haqq işimizdir və uğrunda mübarizə apardığımız bu şərəfli yolda şüphəsiz ki, zəfər çalacağıq.

Bu qürurlu dönəmdə "Huner Group" milli ordumuza öz dəstəyini göstərmək üçün bütün imkanlarını səfərbər edir. Belə ki, istər könüllü, istər qismən səfərbərlik çərçivəsində şirkətin 20-ə yaxın əməkdaşı artıq Milli Ordumuzun sıralarına qoşulub. 

Bununla yanaşı, şirkət Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat məbləğində vəsait köçürüb. Həmçinin, ordumuza tibbi yardım göstərilməsi ilə bağlı öz dəstəyini vermək üçün "Huner Group" Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə rəsmi müraciət də edib. Belə ki, mövcud dönəmdə Silahlı Qüvvələrimizin istifadəsi üçün təmənnasız şəkildə bütün növ tibbi ləvazimatlarla təchiz olunmuş təcili yardım avtomobilləri və yüksək ixtisaslı səhiyyə əməkdaşlarından (baş həkim, stomotoloq, endokrinoloq, rentgenoloq, tibb bacıları və s.) ibarət tibbi heyət tam hazırdır. 

Bundan əlavə, 70 000 manat dəyərində müxtəlif növ tibbi ləvazimatlar da təmannasız olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə təhvil verilib.

Bu çətin və şərəfli yolda vətənin hər qarış torpağı üçün canından keçməyə hazır ordumuza dəstək olmaq hər birimizin vətəndaşlıq və vicdan borcudur. 
Hünərli əsgərlərimizə qələbə arzu edir, onların polad iradəsinə inanırıq. Qarabağ bizimdir, bizim olacaq!

 

0