Bu gün Dənizkənarı Milli Parkın sahillərinə cəmləşmiş minlərlə balıq görənləri təəccübləndirib.
Publika.az xəbər verir ki, Bakı bulvarının yeni salınmış hissəsinin sahillərinə xeyli balıq cəmləşib. Balıqların sahilə yaxınlaşmasını görən vəkil Aslan İsmayılov hadisəni videoya çəkib.
Həmin görüntüləri təqdim edirik.
Qeyd edək ki, hazırda balıqların kürütökmə mövsümüdür və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı ilə hazırda balıq tutmaq qadağandır.