İH başçısı "sərvət"indən danışdı: "Mənim adıma mülk var?"

ÖLKƏ
16:16 / 22.05.2020
1261

"Onu yazan başından böyük qələt edib”.

‌Hit.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Avropda yaşayan jurnalist Həbib Müntəzirin onun "topdağıtmaz” sərvəti ilə bağlı paylaşdığı siyahıdan danışarkən deyib.

İcra başçısı telefonla müsahibə vermək istəmədiyini bildirib:

‌‌"Mən telefonla məlumat vermirəm. Adıma olanları tanıyırsınız? Mənim adıma olan mülk var? Biilmirəm kim edib, başından böyük qələt edib. Desin nədir, hansıdır? Nə müraciətim var, nə də...”

‌Qeyd edək ki, Avropda yaşayan jurnalist Həbib Müntəzir Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərova məxsus sərvət olduğunu iddia etdiyi siyahı yayıb.

0
Qaynarinfo.az