Rüstəm Usubov var-dövlətiylə bağlı sualı cavablaya bilmədi

ÖLKƏ
14:52 / 22.05.2020
2073
“Ortada Prezident sərəncamı varsa, buna hansı şərh vermək olar. Artıq Baş Prokurorun birinci müavini deyiləm”.
 
HİT.Az verir ki, bu sözləri Gununsesi.org-un sorğusuna cavab olaraq dünən Baş Prokurorun birinci müavini vəzifəsindən azad olunan Rüstəm Usubov söyləyib.
 
Bundan sonra fəaliyyətinin nədən ibarət olacağına gəlincə, Rüstəm Usubov, hələlik bir şey bilmədiyini deyib:
 
“Bundan sonra nə olacaqsa, onu bilmirəm”.
 
“Mediada dəyəri yüz milyonlarla ölçülən əmlaklarınız açıqlandı, bunu hardan qazanmısınız” sualına isə baş prokurorun sabiq müavini telefonun dəstəyini asmaqla cavab verməkdən yayınıb.
0