Xarici işlər naziri Elmar Məmmədyarovun oğlu Emin Məmmədyarovun adına Nyu-Yorkda alınan 2 bahalı mənzilin sənədləri yayılıb.
Hit.Az xəbər verir ki, Nyu-Yorkda yerləşən binadan oğluna 2 mənzil alan nazir ümumilikdə 4 milyon dollardan çox pul xərcləyib.
Bu haqda məlumat paylaşan jurnalist Cavanşir Həsənli yazıb:
"XİN rəhbəri Elmar Məmməyarovun oğlu adına Nyu-York, Riverside Boulevard 120 ünvanında 2 mənzil alıb. Mənzillərdən biri 2015-ci il iyunun 9-da, digəri isə bundan 3 həftə sonra - iyulun 1-də alınıb. Məmmədyarovlar ailəsi birinci mənzilə 2 milyon 200 min, ikinci mənzilə isə 2 milyon 50 min dollar ödəyiblər. Çıxarışlardan da göründüyü kimi mənzillər fərqli əmlak şirkətləri vasitəsilə əldə olunub. Yəni ümumilikdə 4 milyon 250 min dollar!
Mənzillərdən biri ilə bağlı Nyu York şəhər Maliyyə Departamentinə aid əlavə etdiyim sənəddə (ID 2015070B00529001) mənzilin dəyərinin tam ödənildiyi əksini tapıb.
Azərbaycanın xarici işlər naziri və xanımı Kamilə Məmmədyarova (qeydiyyat məlumatlarında Kyamilya B Mamedyarova) da bu mənzillərdə qeydiyyatdadırlar".