İcra başçısı liseyin pəncərələrini hördürdü: \"Villam görünməsin..\" (VİDEO)

17:39 / 22.05.2020
2633

Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov 96 saylı Tərtər Peşə Liseyinin pəncərələrini hördürüb. 

Bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Məlumatda deyilir ki, liseyin binası icra başçısının evinin yaxınlığında yerləşir:

“Müstəqim Məmmədov pəncərələri hördürüb ki, evi görsənməsin”. 

Bildirilir ki, liseydə hazırda Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıb. 

Məlumatda o da bildirilir ki, Müstəqim Məmmədovun yaşadığı ev dövlət əmlakı olub. İcra başçısı onun özəlləşdirərək özünə ev edib.

 

2