“Karantin rejiminin qaydalarına əməl etməyən ictimai iaşə və özəl şirkətlərin rəhbərlərinin cərimə olunması üçün danışqlar gedir".
HİT.Az xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qanunvericiliyə bununla bağlı dəyişikliyin edilməsi gözlənilir: "Odur ki, hüquqi və fiziki şəxslər üçün cərimələrəin şahidi ola bilərik”.