Ermənilərin daha bir texnikası ələ keçirildi - FOTO

ÖLKƏ
12:03 / 01.10.2020
1905

Ermənilərin daha bir texnikası ələ keçirilib.

Hit.az xəbər verir ki, azərtac-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, Azərbaycan Ordusu qarşısından geri çəkilən düşmən ordusu texnikalarını ataraq qaçırlar. Hərbçilərimiz uğurlu əməliyyat nəticəsində düşmənin daha bir texnikasını – URAL markalı hərbi maşınını qənimət olaraq ələ keçirib.

Maşının içində erməni əsgərinə məxsus papaq aşkar edilib. Texnika işlək vəziyyətdədir.

Qeyd edək ki, daha əvvəl düşmənin 1 URAL və 1 UAZ markalı hərbi maşını da qənimət olaraq ələ keçirilmişdi.

0