Ermənistan cəbhədəki uğurzuluqlarını ört-basdır etməyə çalışır - Növbəti BƏHANƏ

13:00 / 01.10.2020
1568

Ermənistan rəhbərliyi məğlubiyyətini həzm edə bilmədiyi üçün müxtəlif üsullara əl ataraq uğursuzluqlarına haqq qazandırmaq istəyir.

Trend-in məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirə bilməyən ermənilər müxtəlif bəhanələr gətirməklə indi də informasiya təxribatına əl atır.

Ermənistan Dövlət Təhlükəsizliyi Xidməti erməni hərbçilər arasında Azərbaycana məlumatlar ötürən casuslar aşkarladığı məlumatını yayıb.

Məlumatda bildirilir ki, guya aşkarlanan casus əvvəllər Ermənistan Müdafiə Nazirliyində yüksək vəzifədə işləyib.

Xatırladaq ki, ermənilər son vaxtlar döyüşlərdə məğlubiyyətləri ört-basdır etmək üçün müxtəlif məlumatlar səsləndirib. Onlar guya Türkiyə Ordusunun Azərbaycanda döyüşdüyünü iddia edərək özlərini gülünc vəziyyətə salırlar.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirə bilməyən erməni silahlı birləşmələri geri çəkilmək məcburiyyətində qalıb. Onlar Azərbaycan Silahlı Qüvvələrinə cavab verə bilmədikləri üçün Azərbaycanın yaşayış məntəqələrini hədəf alıblar.

0