Sabahın hava proqnozu

ÖLKƏ
13:28 / 01.10.2020
789

Oktyabrın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən HİT.Az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüzxa0 22-25, Bakıda gecə 12-14, gündüz 22-24 dərəcə isti olacaq. Atmosferxa0 təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faizxa0 olacaq.xa0xa0

Azərbaycanın əsasən şimal və qərb rayonlarında gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Arabirxa0 duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturuxa0 gecə 13-18, gündüz 21-26, dağlarda gecə 4-9, gündüzxa0 9-13 dərəcəxa0 isti olacaq.xa0 xa0

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdüxa0 gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.xa0

0