Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı - GÜNÜN STATİSTİKASI

ÖLKƏ
15:53 / 01.10.2020
793

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 80 yeni yoluxma faktı qeydə alınıb, 114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 40 309 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 38 068 nəfər müalicə olunaraq sağalıb, 593 nəfər vəfat edib. Aktiv xəstə sayı 1 648 nəfərdir.

0