Hərbi birliyin komandiri general-mayor Hikmət Həsənov Qarabağ cəbhəsində gedən döyüşlər haqqında fikir bildirib.
Hit.Az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, generel-mayor bildirib:
“Hərbi birliyin şəxsi heyətinin amalı qələbəni təmin etmək naminə son damla qanımızadək vuruşmaq və düşməni darmadağın etməkdir.
Bunun üçün əsgərlərimizin döyüş ruhu və qələbə əzmi kifayət qədər yüksəkdir”.