Düşmənin hərbi-sursat anbarlarına ciddi zərbələr endirildi

ÖLKƏ
14:36 / 02.10.2020
1159

“Əməliyyatların gedişi onu göstərir ki,  Azərbaycan Ordusu dronlardan, yüksək texnologiyalardan istifadə edərək düşmənin hərbi infrastrukturunu sıradan çıxarır”.
 
HİT.Az-ın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
 
H. Hacıyev deyib ki, bu, Ermənistan silahlı qüvvələrinin müqavimətini əsaslı şəkildə sarsıdır: “Ermənistanın silahlı qüvvələrinin əsas logistik, hərbi-sursat anbarlarına ciddi zərbələr vurulub. Bu da Ermənistan silahlı qüvvələrinin bu cəbhədə olan bölmələrinin müqavimətini güclü şəkildə azaldıb. 30 il ərzində Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində hərbli istehkam sistemləri qurulub, maddi-texniki baza quraşdırılıb. Bunların qısa müddətdə sıradan çıxarılması Ermənistan silahlı qüvvələrinin döyüş müqavimətinin sıradan çıxarılması deməkdir”.

 

0