"Bizim dinc əhali ilə heç bir müharibəmiz yoxdur. Ona görə də Qarabağdakı dinc əhaliyə müraciət olunur ki, oradan çıxsınlar. Bu müharibədir, müharibədə hər şey olur. Hərbçilər torpaqları alıb, oranı boşaldandan sonra bitəcək”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Əməkdar artist Ədalət Şükürov deyib.
Sənətçi əhalinin birliyini yüksək dəyərləndirdiyini qeyd edib:
“Açığı, mən fəxr edirəm ki, axşam saat 9-dan sonra hamı komendant saatını ciddi qəbul edib, evdə oturur. Bu, bizim birliyimizi göstərir. 9-dan sonra hamı evdədir, olmaz deyirlərsə, hamı dinləyir, bu əladır. O ki, qaldı cəbhədə baş verənlərə mən fəxr edirəm ki, əhali birdir, hamı hərbi komissarlığın qabağına yığışır, getməyə hazırdır. Heç kim müharibədən yayınmır. Mənim də övladım ali məktəbdə magistratura təhsili alır, o da bitirib, vaxtı çatanda hamı kimi əsgərliyə gedəcək. Bütün xalq Prezidentə dəstəkdir, başqa hansısa variant yoxdur. Xalq Ali Baş Komandana inanır və bu axıra qədər getməlidir”.
Ə.Şükürov bundan sonra Ermənistanla hər hansı danışıq aparmağın mənasız olduğunu bildirib:
"Bundan sonra qətiyyən geri çəkilmək olmaz. Oturub onlarla hansısa danışığa getmək qəti olmaz. Çünki 30 ildir boş-boşuna danışırıq. Yaxşı olardı ki, beynəlxalq təşkilatlar öz problemləri ilə məşğul olsunlar. Amerikanın özünün çox böyük problemləri var, Fransanın, Almaniyanın da həmçinin. Rusiyadansa heç danışmıram. Onlar yaxşı olar ki, öz ölkələrində, öz problemlərini həll etsinlər, biz özümüz öz problemlərimizi həll edərik. Heç bir variat yoxdur. Biz başqalarının işlərinə qarışırıq, onlar da bizimkilərə qarışmamalıdırlar, vəssalam!”.