Düşmənin atdığı mərmi jurnalistin evinə düşdü - FOTOLAR

ÖLKƏ
14:02 / 03.10.2020
1182

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini növbəti dəfə artilleriya atəşinə tutur. 

Düşmən təxribatı nəticəsində dinc əhaliyə top mərmiləri atılıb, evlərə ziyan dəyib. 

Ermənilərin atdığı mərmilərdən biri "Real Təhlil İnformasiya Mərkəzi”nin (Real TV) cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı, Ağdərə rayonundan məcburi köçkün olan Tərtər rayonunda məskunlaşmış Kamil Eldaroğlunun valideynlərinin yaşadığı evə düşüb. 

"Report"un əməkdaşı ilə söhbətləşən jurnalist qeyd edib ki, hadisə zamanı evə ziyan dəyib:

"Eybi yox, olan evə olsun. Əsas odur ki, mülki vətəndaşlara və Azərbaycan Ordusuna heç nə olmasın. Tərtərdə əhvali-ruhiyyə çox yüksəkdir. İnsanlar Ordumuza və Ali Baş Komandanımıza güvənir".

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir. Dünən - oktyabrın 2-də şəhərə 2 mindən artıq mərmi düşüb. 

1