Rusiyanın “Life” informasiya portalı Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisindən reportaj hazırlayıb.
Görüntülərdə ermənilərin kütləvi şəkildə Xankəndini tərk etdiyi görünür.
Qeyd edək ki, ötən gün saat 14:00-dan etibarən işğalçı Ermənistan öz vətəndaşlarının Azərbaycanın Dağlıq Qarabağ ərazisinə girişinə məhdudiyyət qoyub. Daha əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti oktyabrın 1-dən etibarən Qarabağa girişin Ermənistan sərhəd-keçid məntəqəsindən sənəd göstərmək şərtilə həyata keçiriləcəyini elan etmişdi.
Xatırladaq ki, elə erməni mənbələrinin yaydığı məlumatlara görə, düşmənin işğal etdiyi ərazilərdən 5 gün ərzində Ermənistana köç edən əhalinin sayı 20 minə çatıb.
Qafqazinfo.az