Atəşkəs dövründən bəri erməni təxribatı nəticəsində həlak olan azərbaycanlıların sayı AÇIQLANDI

ÖLKƏ
16:24 / 03.10.2020
726

Ermənistan tərəfi heç vaxt atəşkəs rejiminə riayət etməyib, onlar hər zaman mülki şəxslərə və hərbçilərimizə qarşı cinayətlər törədib.

Trend-in məlumatına görə, bunu Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı brifinqdə Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, atəşkəs imzalanandan - 1994-cü il may ayının 12-dən indiyə qədər 398 Azərbaycan hərbçisi, 31 mülki şəxs öldürülüb: “Beləliklə, atəşkəs dövründə ümumilikdə 429 nəfər Azərbaycan vətəndaşı qətlə yetirilib”.

K. Əliyev atəşkəs imzalandıqdan indiyə qədər 1038 hərbiçinin, 69 mülki şəxs yaralandığını, bu rəqəmin ümumilikdə 1107 olduğunu açıqlayıb: “Bütün bu faktlarla bağlı prokurorluq orqanları tərəfindən müvafiq cinayət işləri başlanılıb”.

1