"Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirir".
Hit.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
Xatırladaq ki, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə atəşə tutulub.
Bildirilir ki, düşmən Gəncə şəhərini Ermənistan ərazisindən atəşə məruz qoyub.