Hikmət Hacıyev Gəncə bazarından VİDEO paylaşdı

ÖLKƏ
13:44 / 05.10.2020
1019

Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün səhər saatlarında yenə də Ermənistan ərazisindən atəşə tutulan Gəncədən görüntülər paylaşıb.

HİT.Az xəbər verir ki, H. Hacıyev qeyd edib:

“Ermənistan silahlı qüvvələri Gəncənin mərkəzi bazarını atəşə tutub. Bazarın nə cür hərbi əhəmiyyəti ola bilər? Bu raket hücumu yalnız mülki əhali arasında kütləvi itkilərə səbəb olmaq məqsədilə edilib. Ermənistanın mülki azərbaycanlılara qarşı dövlət terrorizmi davam edir”.

 

1