“Sentyabrın 27-dən indiyədək Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı müvafiq rayon prokurorluqlarında 19 cinayət işi açılıb”.
HİT.Az xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Günay Səlimzadə bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, hazırda cinayət işləri ilə bağlı istintaq davam etdirilir.