Əkrəm Abdullayevə yeni vəzifə verildi

ÖLKƏ
17:29 / 05.10.2020
1776

Əkrəm Abdullayev Azərbaycan Diasporuna Dəstək Fonduna yeni icraçı direktor təyin olunub. 

HİT.Az xəbər verir ki, bu barədə Diasporalarla İş üzrə Dövlət Komitəsinin rəsmisi Esmira Xəlilova feysbukda məlumat verib. 

Xatırladaq ki, Ə.Abdullayev 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub. O, yeni təyinata qədər Diasporla İş üzrə Dövlət Komitəsində işləyib.

Qeyd edək ki,  fondun əvvəlki icraçı direktoru Elşad Əliyev idi. O, sentyabrın 2-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini təyin edilib.

Azərbaycan Diasporuna Dəstək Fondu Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərir.

0