Silahlı Qüvvələrə yardım etmək istəyənlərin nəzərinə!

ÖLKƏ
16:30 / 06.10.2020
1205

Müdafiə Nazirliyi Silahlı Qüvvələrə yardım edənlərə müraciət edib.

Məlumatda bildirilir ki, sosial şəbəkələrdə Silahlı Qüvvələrimiz üçün yardım toplayan şəxslərin sayının çoxaldığını nəzərə alaraq, vətəndaşlardan ayrı-ayrı şəxslərin hesabları deyil yalnız Müdafiə Nazirliyinin paylaşdığı rəsmi hesab nömrələrinə köçürmələr etmək xahiş olunur.

Bildiririk ki, Silahlı Qüvvələrə Yardım Fonduna aşağıdakı linklər vasitəsilə keçid etmək olar:

//ibar.az/az/donate,
//gpp.az/WebPortal/Infosite/Sc/989100/Category/8,
//asanpay.az/intro/home,
//hesab.az/unregistered/#/direct-pay/charity/merchants.

Müdafiə Nazirliyinin rəhbərliyi ordumuza maddi və mənəvi dəstək olan hər bir vətəndaşımıza minnətdarlığını bildirir.

0