Düşmən raketi Gəncə bazarına belə düşüb – VİDEO

ÖLKƏ
16:35 / 06.10.2020
4340

Dünən səhər saatlarında Ermənistan ordusu növbəti dəfə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə raket atıb.

"MediaPost" xəbər verir ki, düşmənin öz ərazisindən atdığı raket Gəncənin mərkəzi bazarına düşüb.

Qeyd edək ki, Ermənistanın atdığı raketlər həmçinin şəhərdə Gəncə beynəlxalq xəstəxanasına, 34 saylı orta məktəbə, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə də düşüb. Nəticədə 3 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülki infrastruktura külli miqdarda ziyan dəyib.

Gəncə bazarında raketin düşmə görüntüsünü təqdim edirik.

6