Tərtərdə 3 mülki şəxs yaralandı

ÖLKƏ
21:38 / 06.10.2020
677

Ermənistan silahlı qüvvələrinin bölmələri qəsdən və hədəflənmiş şəkildə Tərtər rayonunun ətraf kəndlərini artilleriya atəşinə tutub.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Axşam saatlarında ermənilər Tərtər rayonunun Azad Qaraqoyunlu kəndini növbəti dəfə top mərmiləri atıb. Nəticədə evlərə ziyan dəyib, 3 mülki vətəndaş yaralanılıb. Yaralılar xəstəxanaya aparılıb.

Hazırda döyüşlər davam edir.

2