“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə ağır artilleriyalardan atəş açması nəticəsində bu gün səhər saatlarına olan məlumata görə 28 mülki şəxs həyatını itirib”.
HİT.Az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ermənilərin açdığı atəş nəticəsində 144 nəfər yaralanıb.
“66 mülki obyekt, 427 ev isə yararsız vəziyyətə düşüb”, - deyə məlumatda qeyd edilib.